Müdafiə Nazirliyində kadr dəyişikliyi olub

Müdafiə Nazirliyinin polkovniki işdən çıxarılıb…

 

Müdafiə Nazirliyinin polkovniki işdən çıxarılıb.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, nazirlikdə şöbə rəisi vəzifəsində çalışan polkovnik Mahmud Ağadadaşov yaş həddi ilə əlaqədar ehtiyata buraxılıb.

 

Mətbuat xidmətindən həmçinin Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov işdən çıxarılması barədə xəbərlər təkzib edilib.

/Apa/