Musa Qasımlı: Ermənistan nüvə təhlükəsizliyinə təhdiddir

“Mestamor ” Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini davam etdirməsi region üçün ciddi təhlükə törədir…

“Mestamor ” Atom Elektrik Stansiyasının (AES) fəaliyyətini davam etdirməsi region üçün ciddi təhlükə törədir. Bu barədə Trend-ə millət vəkili, professor Musa Qasımlı “Metsamor “un istismar müddətinin uzadılmasına münasibət bildirərkən deyib.

M.Qasımlı qeyd edib ki, bu AES köhnə texnologiyalarla tikilib və öz istismar müddətini başa vurub: “Burada texniki qəzaların baş vermə mümkünlüyü yüksəkdir. Əgər hər hansı bir qəza olsa, region radiaktiv şüalanmaya məruz qala bilər “.

Millət vəkilinin sözlərinə görə, digər tərəfdən, Ermənistan aktiv seysmik zonada yerləşir: “Əgər güclü zəlzələ olsa və atom elektrik stansiyası zədələnsə, bu, böyük bir faciəyə də yol aça bilər “.

O bildirib ki, məsələnin başqa tərəfi də var: “Onun biri Araz çayına çirkli maddələrin axıdılmasıdır. Uzun illər boyu Azərbaycan bir sıra beynəlxalq təşkilatlarda Araz ayının çirkləndirilməsi, o cümlədən radiaktiv tullantılarla çirkləndirilməsi ilə bağlı ehtimalların çox olduğunu bildirir “.

Millət vəkili əlavə edib ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda və ətraf rayonlarda zərəli maddələrin basdırılması ehtimalı var: “Həmin ərazilər nəzarətsiz ərazilərdir və Ermənistan tərəfi həmin ərazilərdə radiaktiv tullantıları basdıra bilər “.

M.Qasımlı vurğulayıb ki, Ermənistan bir dövlət olaraq nüvə təhlükəsizliyinin qorunmasına yardım etmir, əksinə, buna təhdiddir.

/trend/