Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə-130 ” foto-albomu rus dilində nəşr edilib

Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətini əks etdirən foto-albom rus dilində nəşr edilib…

Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətini əks etdirən foto-albom rus dilində nəşr edilib.

 

Foto-albomu nəşrə hazırlayan, mətnin müəllifi və redaktoru, tədqiqatçı alim Nəsiman Yaqublu APA-ya bildirib ki, bu kitab Moskvada tanınmış Azərbaycan ziyalısı Füzuli Fərəcovun başçılığı ilə fəaliyyət göstərən “Məhəmməd Əmin Rəsulzadə Məclisi ” tərəfindən çap olunaraq, böyük öndərin Moskvada keçirilən yubileyində qonaqlara paylanılıb.

 

Qeyd edək ki, N.Yaqublunun müəllifi olduğu “Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası ” hazırda rus dilində nəşrə hazırlanır.

/Apa/