NATO Rusiya ilə əməkdaşlığı dayandırdı

Yeni qərar verilib…

Yeni qərar verilib.

NATO ölkələrinin XİN rəhbərləri bu gün Brüsseldə keçirilmiş görüşdə Rusiya ilə siyasi dialoq istisna olmaqla, bütün mülki və hərbi əməkdaşlığı dayandırmağa qərar veriblər.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, “İnterfaks”a verilən məlumata görə, görüşün yekunlarına dair qəbul olunmuş bəyanatda deyilir ki, biz NATO və Rusiya arasında mülki və hərbi sahələrdə əməli əməkdaşlığa son qoymağı qərara aldıq.

“Lazım olduqda, əsasən də Ukrayna ətrafında yaranan hazırkı böhranla bağlı fikir mübadiləsinin aparılması üçün bizim Rusiya-NATO Şurası çərçivəsindəki siyasi dialoqumuz səfirlər və daha yüksək səviyyədə davam etdirilə bilər” – deyə, sənəddə bildirilir.

www.oxu.az