Təlimlər iyunun 20-nə qədər davam edəcək…
Təlimlər iyunun 20-nə qədər davam edəcək.
Bu gün Litvada, Latviyada, Estoniya və Polşada beynəlxalq Saber Strike-2014 təlimləri başlayır.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, təlimlərdə 9 ölkədən 2 min hərbçi iştirak edəcək.
Manevrlər NATO-nun Avropada yerləşən quru qoşunları tərəfindən təşkil edilib. Bu təlimlərdə Kanada, Danimarka, Finlandiya, ABŞ, Böyük Britaniya hərbçiləri iştirak edib. Təlimlər iyun ayının 20-nə qədər davam edəcək.
Saber Strike-2014 ilə paralel olaraq Baltika dənizində Danimarka və İsveçrə ərazi sularında iyunun 6-dan başlanan Baltops-2014 illik dəniz təlimləri keçirilir. Bu təlimlərdə Böyük Britaniya, Almaniya, Gürcüstan, Danimarka, Latviya, Litva, Niderlandiya, Polşa, ABŞ, Finlandiya, Fransa, İsveç və Estoniya iştirak edir. Dəniz manevrləri 21 iyunda başa çatacaq.