NATO Ukrayna ordusu üçün xüsusi təyinatlılar hazırlayacaq

“NATO Ukrayna ordusunda xüsusi təyinatlı qrupların yaradılmasına kömək edəcək”…

“NATO Ukrayna ordusunda xüsusi təyinatlı qrupların yaradılmasına kömək edəcək”

 

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın NATO-dakı səfiri İqor Doldov bildirib.

 

Onun sözlərinə görə, xüsusi təyinatlıların yaradılması hərbi alyansın Ukraynaya yardımının əsas istiqamətlərindən biri olacaq.

 

“Mən sizə konkret layihə ilə bağlı kiçik bir sirr açacağam. Söhbət NATO-nun Ukrayna ordusunda xüsusi təyinatlı  qüvvələrinin yaradılmasına edəcəyi yardımdan gedir. Biz hazırda bunun üzərində işləyirik”, – o, ukraynalı jurnalistlərə açıqlamasında deyib.

 

 O, NATO-nun Ukraynaya hərbi dəstəyinin zamanla yeni formalarının ortaya çıxa biləcəyini vurğulayıb.

 

/Publika/