Nazir müavini Mahmud Məmməd-Quliyev İsveçrənin Cenevrə şəhərinə səfər etmişdir

Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək məqsədi ilə İsveçrənin Cenevrə şəhərinə səfər etmişdir…

Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək məqsədi ilə İsveçrənin Cenevrə şəhərinə səfər etmişdir.

 

Səfər zamanı ABŞ, Kanada, Norveç, Yaponiya və digər ölkələrlə mallar və xidmətlər üzrə ikitərəfli, ölkəmizin kənd təsərrüfatına daxili dəstək məsələləri üzrə isə çoxtərəfli danışıqların aparılması nəzərdə tutulmuşdur.

 

Danışıqlarda ölkəmizin təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək və ölkəmizin ticarət sistemi kimi məsələlər də müzakirə olunacaqdır.

 

http://mfa.gov.az/