Neftin ucuzlaşmasından Amerika itirir, Səudiyyə qazanır

NEFT İxrac edən Ölkələr Təşkilatının (OPEC) istehsalı azaltmaması qərarı dünya iqtisadiyyatında yeni proseslərə yol açıb…

NEFT İxrac edən Ölkələr Təşkilatının (OPEC) istehsalı azaltmaması qərarı dünya iqtisadiyyatında yeni proseslərə yol açıb. Belə ki, bəzi ölkələrin bundan qazanclı çıxması, bəzilərinin isə itkinlər yaşaması artıq qaçılmaz fakta çevrilib. Xüsusilə son 3 gündə neft qiymətindəki sürətli eniş gəliri neft ticarətinə söykənən iqtisadiyyatları çalxalamaqdadır.  Bu sırada birinci Rusiya gəlir. Hansı ki milli valyutası defolta doğru gedir.

Publika.az xəbər verir ki,  Ukrayna böhranından  sonra ABŞ və Qərb ölkələrinin sanksiyalarına məruz qalan Rusiya neftin dünya bazar  qiymətindəki ucuzlaşma  ciddi nisbətdə gəlirlərini itirdi.  Ölkənin pul vahidi rubl ilin əvvəlindən bu tərəfə  dollar qarşısında  28 faiz nisbətində dəyərdən düşdü. Məsələn, OPEC-in  qərarından  əvvəli bir  dollar   47.4 rubl səviyyəsində idisə, müzakirələrdən sonra dollar rubla nisbətən daha da möhkəmlənməkdədir. Ölkənin gəlirlərinə gəlincə, bunun təxminən yarısını neft və təbii qazdan qarşılayan Rusiya OPEC-in iclasından sonra büdcəsini yenidən nəzərdən keçirməyi  qərarı alıb. Rusiya Maliyyə Naziri Anton Siluanov açıq şəkildə bəyan edib ki, qarşıdakı  bir neçə il ərzində neftin  qiyməti 100 deyil 80 dollar səviyyəsində qalacaq. Bu şərtlərdə isə dövlət büdcəsini nəzərdən keçirəcəklər: “Maliyyə və iqtisadi planlarımızı yeni makroekonomik şərtlər çərçivəsində planlaşdırmalıyıq.  Bu şərtlərin çox tez dəyişəcəyini düşünmürük “.

Rusiya Mərkəz Bankı da 2014-cü ildə iqtisadi artım proqnozunu 0.3 faizə çəkərək 2015-ci il  üçün heç bir artım olmayacağını bəyan edib. Nəzərə çatdıraq ki, OPECə üzv olmayan Rusiya, gündəlik təxminən 10.5 milyon barel neft istehsal edir. 11 faiz payla dünyanın ən böyük neft istehsalçısı mövqeyində dayanır.  Neft qiymətlərinin 100 deyil 80 dollar ətrafında olması  vəziyyətində Rusiyanın illik itkisi 100 milyard dollar səviyyəsində dəyərləndirilir.  

Maraqlıdır ki, böhran təkcə Rusiyada deyil. Neftin ucuzlaşması böyük neft istehlakçısı kimi ABŞ iqtisadiyyatı üçün müsbət  qiymətləndirilsə də ölkənin qaya neft istehsalının itkinlər yaşaya biləcəyi yazılır. Neftin barelinin  qiymətində hər bir dollarlıq eniş qaya nefti çıxarmanın gəlirliyini azaldır.  Hələlik vəziyyətdə bir qalib var. O Səudiyyə Ərəbistanıdır. Səudiyyə  qiymətlərin düşməsinə baxmayaraq, neft istehsalından qazanc əldə edir.

 

/Publika/