Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün MKSİF-ə vəsait ayrılıb

Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün MKSİF-ə vəsait ayrılıb

Azərbaycan Hökuməti ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi” üçün Əlavə Maliyyələşdirmə çərçivəsində Azərbaycan Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna (MKSİF) vəsait ayrılıb.

 

Fonddan “APA-Economics”ə verilən məlumata görə, ayrılmış vəsaitin bir hissəsi məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş müxtəlif növlü icma mikrolayihələrinin və infrastruktur layihələrinin həyata keçirilməsinə sərf olunacaq.

 

Bununla əlaqədar MKSİF icma mikrolayihələrinin və infrastruktur layihələrinin icrasına nəzarət etmək istəyən Yerli texniki müşahidəçiləri MKSİF-in ofisində qeydiyyatdan keçməyə dəvət edir. Yerli texniki müşahidəçilər yalnız icma mikrolayihələrinin və infrastruktur layihələrinin həyata keçirilməsinə nəzarət etmək üçün təyin olunacaqlar.

 

Apa.az