Türkiyədə yenə qeyri-leqal miqrantların qayığı batdı

Türkiyənin İzmir əyaləti yaxınlığında içərisində qeyri-leqal miqrantların olduğu qayıq batıb.

Trend-in məlumatına görə, qayıqda 12 miqrant olub.

Onlardan 2 nəfəri sahilə çıxa bilib. Hazırda digər 10 nəfərin xilas edilməsi üçün əməliyyat keçirilir.

Xatırladaq ki, ötən ay İzmir sahillərində daha bir qayığın batması nəticəsində 30 miqrant həlak olmuşdu.