“Münasibətlərin dediyiniz səviyyəyə çatması üçün müəyyən addımlar atılır”…
“Münasibətlərin dediyiniz səviyyəyə çatması üçün müəyyən addımlar atılır”.
Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik müqaviləsinin bağlanması çoxdandır ki, gündəlikdədir.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS TV-də yayımlanan “Hesabat” verilişində deyib.
Prezident Administrasiyası rəsmisi deyib ki, münasibətlərin yüksək səviyyəyə çatması üçün müəyyən addımlar atılır.
“Bu gün beynəlxalq münasibətlərdəki vəziyyət təkcə bir ölkənin istədiyindən asılı olmur. Hansı ölkə olursa olsun. Türkiyə NATO üzvü olduğu üçün, onun üzvlər qarşısında müəyyən öhdəlikləri var.
NATO üzvü olan bəzi ölkələr ola bilər ki, bu əməkdaşlığa müsbət yanaşmazlar. Belə ölkələr olub və var. Özünüz də müşahidə etdiniz bu günlərdə Türkiyənin yüksək çinli hərbçiləri və müdafiə naziri burada oldu. Münasibətlərin dediyiniz səviyyəyə çatması üçün müəyyən addımlar atılır. Düşünürəm ki, buna nikbin baxmaq lazımdır”.
/oxu.az/