ABŞ Prezidenti Barak Obama Osmanlı İmperiyasında 1915-ci il hadisələri ilə bağlı ənənəvi müraciətində yenə “soyqırım ” ifadəsini işlətməyib…
ABŞ Prezidenti Barak Obama Osmanlı İmperiyasında 1915-ci il hadisələri ilə bağlı ənənəvi müraciətində yenə “soyqırım ” ifadəsini işlətməyib. Bu barədə Trend “TRT Haber ” telekanalına istinadən məlumat verir.
Qeyd edək ki, hər il aprelin 24-də ermənilər uydurma “erməni soyqırımı “nı qeyd edir.
Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma “soyqırım “ı tanıyıblar.
/trend/