Ön xətdən son məlumatlar

Düşmən cavab atəşi ilə susdurulub…

Düşmən cavab atəşi ilə susdurulub.

 

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 34 dəfə pozulub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şurabad, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

 /oxu.az/