Ordumuzda daha bir itki

Bəzirli Qobustan rayonundan həqiqi hərbi xidmətə çağırılıb…

Bəzirli Qobustan rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Ordusu daha bir itki verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.

Hərbi hissənin əsgəri Elvin Rüsxət oğlu Bəzirli təhlükəsizlik qaydalarının pozulması nəticəsində avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Əsgər ilkin tibbi yardım göstərildikdən sonra hospitala təxliyə olunarkən yolda dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, E. Bəzirli Qobustan rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

www.oxu.az