Hadisə yerinə prokurorluğun əməkdaşları gəlib…
Hadisə yerinə prokurorluğun əməkdaşları gəlib.
Azərbaycan Ordusunun zabiti intihar edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayon ərazisindəki hərbi şəhərcikdə qeydə alınıb.
Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Natiq Malıyev yaşadığı evdə özünü asıb.
Hadisə yerinə rayon Prokurorluğunun əməkdaşları gəlib, intiharın səbəbləri araşdırılır.