Patriarx Kirill: Abortlar dayandırılsa, miqrantlara ehtiyac qalmaz

“Bizdə əhali çatışmır”…

“Bizdə əhali çatışmır”.

“Deyirlər ki, bizdə əhali çatışmır və işçi qüvvəsi kimi başqa ölkələrdən, başqa mədəniyyətlərdən çoxsaylı adamlar gətirilməlidir. Mən isə deyirəm ki, biz abortları iki-üç dəfə azaltsaq, bir müddət sonra Rusiyaya kənardan miqrantların gəlməsinə ehtiyac olmayacaq”.

Oxu.Az Qafqazinfo-ya  istinadən xəbər verir ki, bunu Moskva və bütün Rusiyanın patriarxı Kirill deyib. 

Çoxuşaqlı ailələrlə görüşdə patriarx qeyd edib ki, kilsə təkcə anaları öz övladlarını saxlamağa çağırmalı deyil, həm də uşaqları saxlamaq üçün onlara yardım etməlidir:

O əlavə edib ki, nə vaxt ölkədə uşaqlar xristian inancına uyğun tərbiyə olunacaq, onda Rusiyada boşanmalar da olmayacaq.

www.oxu.az