Politoloq: ” “İqtisadi Azadlıq İndeksi – 2014 ” hesabatı Azərbaycanın əldə etdiyi göstəriciləri əks etdirir “

“ABŞ-ın “Heritage ” Fondu və “Wall Street Journal ” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi – 2014 ” adlı hesabatı Azərbaycanın son illər əldə etdiyi göstəriciləri əks etdirir “.

Trend-in Ekspert Şurasının üzvü, Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxov belə hesab edir…

 

 

“ABŞ-ın “Heritage ” Fondu və “Wall Street Journal ” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi – 2014 ” adlı hesabatı Azərbaycanın son illər əldə etdiyi göstəriciləri əks etdirir “.

 

Trend-in Ekspert Şurasının üzvü, Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxov belə hesab edir.

 

Azərbaycanın hesabatda irəliləməsini şərh edən politoloq Trend-ə bildirib ki, analiz tam əsaslanıb və konkret faktlara, rəqəmlərə söykənir.

 

ABŞ-ın “Heritage ” Fondu və “Wall Street Journal ” qəzetinin birgə hazırladığı “İqtisadi Azadlıq İndeksi – 2014 ” adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3-nü toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci yeri tutub və iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olub. Ötən illə müqayisədə Azərbaycan 6 pillə irəliləyib və iqtisadi azadlıq indeksini 1,6 xal yaxşılaşdırıb.

 

F.Sadıxovun sözlərinə görə, xüsusilə son vaxtlar Azərbaycanın iqtisadi inkişafı yerli və xarici ekspertlər tərəfindən iqtisadi inkişaf sahəsində ölkənin mövcud uğurlarına müvafiq olaraq olduqca obyektiv qiymətləndirilir: “Burada əsas göstərici məhz xarici strukturların Azərbaycandakı vəziyyətlə bağlı qiymətidir. Çünki əcnəbi ekspertlər və xarici ölkələrin siyasi xadimləri etiraf edirlər ki, Azərbaycan artıq xeyli müddətdir Avropanı enerji resursları ilə təmin edir və bununla da bu qitənin enerji təhlükəsizliyinə təminat verir “.

 

Politoloq vurğulayıb ki, Avropa ölkələri Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdırlar və belə hesabat ölkə iqtisadiyyatında mövcud olan reallıqlarla tam uyğunlaşır: “Fikrimcə, təhlil Azərbaycanın son illər əldə etdiyi göstəricilərə müvafiqdir “.

/milli.az/