Prezident Administrasiyasında yeni sektor yaradılıb

Hazırda Azərbaycanda 300-dək gənclər təşkilatı fəaliyyət göstərir…

Hazırda Azərbaycanda 300-dək gənclər təşkilatı fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin tərkibində Gənclər təşkilatları ilə iş sektoru yaradılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hazırda Azərbaycanda 300-dək gənclər təşkilatı fəaliyyət göstərir.

Yeni yaradılmış sektor həmin təşkilatlarla əlaqələrin inkişaf etdirilməsini, bu qurumlarla iş aparan dövlət orqanlarının və qurumlar fəaliyyətinin əlaqələndirilməsini təmin edəcək.

www.oxu.az