Prezident İlham Əliyev “Xocalıya ədalət ” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev “Xocalıya ədalət ” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb…

Azərbaycan Prezidenti İlham Əliyev “Xocalıya ədalət ” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət ” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Trend.az