Putin ittifaqı dollardan imtina edir

Avrasiya İqtisadi İttifaqının inkişaf konsepsiyasının yeni layihəsi təqdim edilib…

Avrasiya İqtisadi İttifaqının inkişaf konsepsiyasının yeni layihəsi təqdim edilib.

Avrasiya İqtisadi İttifaqına üzv ölkələr (Aİİ – bura Rusiya, Belarus, Qazaxıstan və Ermənistan daxildir) qarşılıqlı ödəmələr zamanı dollar və avrodan imtina etmək niyyətindədirlər.

Oxu.Az xəbər verir ki, bu barədə “İzvestiya” dekabr ayının 2-də yazıb.

Üzv ölkələrin milli valyutalarında (Rusiya və Belarus rublu, təngə və dram) ödəməyə keçid 2025-2030-cu illərdə nəzərdə tutulacaq.

Bu noyabrın 28-də Kazanda təqdim edilmiş, Aİİ ərazisində ödəmə sistemlərinin inkişaf konsepsiyasının layihəsindən görünür.

Konsepsiyanın hazırlanmasında iştirak etmiş, Milli Ödəmə Şurasının (MÖŞ) idarə heyətinin sədri Aleksandr Murıçevin sözlərinə görə, sənəd üzv ölkələrin ərazisində, milli ödəmə kartlarının köməyi ilə qarşılıqlı hesablaşmaya imkan verəcək, ümumi ödəmə infrastrukturunun yaradılmasını nəzərdə tutur.  

Hal-hazırda Murıçevin sözlərinə görə, Aİİ ölkələri arasında ödəmə dövriyyəsinin yarısı Amerika dolları və avronun payına düşür, bu isə təşkilatın digər ölkələrdən asılılıq yaradır.

“Mövcud problemin həlli üçün inzibati təsir və iqtisadi stimullaşdırma tədbirlərinin uğurlu ahəngi labüddür”, – MÖŞ direktorlar şurasının rəhbəri vurğulayıb.

2014-cü ilin may ayının 29-da Belarus, Rusiya və Qazaxıstan prezidentləri Avrasiya İqtisadi İttifaqı (Aİİ) barədə müqavilə imzalayıblar. Oktyabrın əvvəlində Ermənistan da bu İttifaqa qoşuldu. Saziş yanvar ayının 1-dən qüvvəyə minəcək.

Avrasiya İqtisadi Komissiyasının məlumatına görə, 2013-cü ildə Gömrük İttifaqının (Aİİ sələfi) üzv ölkələri arasında ümumi dövriyyə 64,1 milyard dollar olub, onun 50 faizi rubla keçirilib, 40 faizi – dollara, 8-9% – avroya, 1%-ə yaxını isə digər valyutalara çevrilib.

www.oxu.az