Putinin etirafı

“Mən bacarmadım…”.

“Mən bacarmadım…”.

Ukraynanın NATO-nun bir hissəsi olmayacağına dair Rusiyanın zəmanəti yox idi və o, icazə verə bilməzdi ki, qədim rus torpağı olan Krım bu hərbi alyansa aid olsun.

Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin bildirib.

“Mən istəyirəm ki, hər şey aydın və açıq olsun. Biz partnyorlarımızla yalnız diplomatik və sülh yolu ilə dialoq aparmışıq – həm avropalılar, həm amerikalılarla. Bizim bu cəhdlərimizə belə yolla cavab verdilər və Ukraynada antikonstitusiya dövlət antikonstitusiya çevrilişinin həlli üçün mümkün yollar barədə razılığa gəlinməli idi. Bundan başqa, bizim Ukraynanın NATO-nun bir hissəsi olmayacağına dair Rusiyanın zəmanəti yox idi”, — Putin fransız KİV-nə verdiyi müsahibəsində deyib.

O qeyd edib:

“Bu şəraitdə əhalisinin əksəriyyəti ruslardan ibarət olan tarixən Rusiya ərazisinin hansısa beynəlxalq hərbi alyansa daxil olacağına başqa cür yanaşa bilməzdik. Həm də Krımın sakinləri Rusiyanın bir hissəsi olmaq istəyirlər”.

RF prezidenti Ukraynada baş verənlərin yeni “soyuq müharibəyə” yol açacağına gətirib çıxarmayacağına ümid edir, və hansısa rusyönümlü qüvvələrin Ukraynanın dağılmasında maraqlı olduqları ilə razı deyil.

www.oxu.az