Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində tədbir keçirilib

Mülki müdafiə tədbirləri keçirilib

Dövlət Miqrasiya Xidmətinin 2019-cu il üçün mülki müdafiə tədbirlər planına əsasən, Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin ərazisində “Xəbərdarlıq və toplanış təlimi” və “Mülki müdaifə kompleks təlimi” mövzusunda tədbir keçirilib.

DMX-nın Bakı şəhərində yerləşən sturuktur bölmələrinin şəxsi heyəti, o cümlədən xilasetmə briqadaları, sanitar post, Xidmətin tibb müəssisəsinin, Fövqəladə Hallar Nazirliyinin, Sabunçu rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və yanğınsöndürən avtomobili, Təcili yardım və xilasetmə briqadalarının iştirak etdiyi tədbirin birinci mərhələsində mülki müdafiə qüvvələrinin düzülüşü, əmlak və avadanlıqların vəziyyəti nəzərdən keçirilib.

Tədbirdə mülki müdafiənin əhəmiyyəti, onun rolu, təbii fəlakətlərin və başqa bədbəxt hadisələrin qarşısının alınması, nəticələrinin aradan qaldırılması sahəsində işçilərin rolu və fəaliyyəti, baş verə biləcək hər hansı bir fövqəladə halların nəticələrinin aradan qaldırılmasına hazır olma qaydaları işçilərə öyrədilib.

Dövlət Miqrasiya Xidməti