Qazaxıstan Parlamenti Məclisinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin fevralın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib…

Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin fevralın 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstan Parlamenti Məclisinin sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşıladılar.

/Trend/