Qazaxıstanın yeni müdafiə naziri Azərbaycana səfər edəcək

Qazaxıstanın yeni müdafiə naziri Serik Axmetov aprelin 21-22-də Azərbaycanda rəsmi səfərdə olacaq…

Qazaxıstanın yeni müdafiə naziri Serik Axmetov aprelin 21-22-də Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə cümə axşamı Trend-ə Qazaxıstanın Bakıdakı səfirliyindən bildiriblər.

Bu, Axmetovun yeni vəzifədə xaricə ilk səfəri olacaq.

Serik Axmetov müdafiə naziri vəzifəsinə aprelin 3-də təyin edilib. Bundan əvvəl o, Qazaxıstanın Baş naziri postunu tutub.

 

/Trend/