Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində İsveçrə Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüş olub

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) İsveçrə Əməkdaşlıq Təşkilatının (SECO) nümayəndə heyəti ilə görüş keçirilib…

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) İsveçrə Əməkdaşlıq Təşkilatının (SECO) nümayəndə heyəti ilə görüş keçirilib.

 Komitənin ictimaiyyətlə əlaqələr sektorundan Gün.Az-a verilən xəbərə görə, görüşdə QKDK-nın sədri Rüfət Aslanlı İsveçrə və Azərbaycan hökümətləri arasında uzunmüddətli birgə əməkdaşlıq təcrübəsinin mövcud olduğunu və əlaqələrin konstruktiv xarakter daşıdığını bildirib.

 R.Aslanlı Dünya Bankı və SECO tərəfindən dəstəklənən “Kapital Bazarının Müasirləşdirilməsi” layihəsinin əhəmiyyətinə toxunaraq, ölkədə kapital bazarlarının aktiv fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atıldığını, layihənin effektiv idarə olunduğunu, qısa müddət ərzində zəruri texniki yardımların əldə edildiyini, eləcə də keyfiyyətcə yeni baxış və peşəkar biliklərin formalaşdığını vurğulayıb.

 Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq ofisinin regional direktorunun müavini Matthias Feldmann hökümətlərarası münasibətlərdən məmnun olduğunu, “Kapital Bazarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində qiymətli kağızlar bazarında aparılan islahatların vacibliyini diqqətə çatdırıb.

 Sonra QKDK ilə SECO arasında əməkdaşlığın genişləndirilməsi istiqamətləri ətrafında müzakirələr aparılıb.

 

Gün.Az