Ramzan Kadırovu hədələyən İŞİD komandiri məhv edildi

“Rusiyanı hədələməyi ağlına gətirən hər kəsin sonu belə olacaq”…

“Rusiyanı hədələməyi ağlına gətirən hər kəsin sonu belə olacaq”.

Rusiyanı hədələyən “İslam Dövləti” (İŞİD) terror təşkilatının komandiri Tarxan Batiraşvili öldürülüb. Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov öz İnstagram-ında bildirib, Oxu.Az xəbər verir.

“İslam düşməni, özünü Ömər əş Şişani adlandıran Tarxan Batiraşvili öldürülüb. Rusiyanı və çeçen xalqını hədələməyi ağlına gətirən hər kəsin sonu belə olacaq”, – Kadırov yazıb.

Oktyabrın əvvəlində xəbər verilmişdi ki, İŞİD komandiri Batiraşvili Rusiyaya müdaxilə edəcəyi ilə hədələyib. O, özü ilə minlərlə islamçı gətirərək Moskvadan intiqam alacağını vəd etmişdi.

Sentyabr ayında İŞİD yaraqlıları internetdə Qafqazda müharibəyə başlayacaqları ilə hədələyiblər. Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, terrorçulardan biri bəyan edib ki, Çeçenistan və Qafqazı azad edəcək və orada “İslam xilafəti” yaradacaq.

Buna cavab olaraq Kadırov Rusiyanı müdafiə edəcəyini vəd etmişdi.

www.oxu.az