Riçard Kisler: Ermənistana qarşı sanksiyaları istisna etməməliyik

“Aİ Qarabağ münaqişəsini Qafqaz siyasətinə daxil etməlidir”…

“Aİ Qarabağ münaqişəsini Qafqaz siyasətinə daxil etməlidir”.

Suallara Alman-Azərbaycan forumunun idarəsinin üzvü Riçard Kisler cavab verir:

– Milli hərəkat getdikcə Avropada deyəsən populyarlaşır, bəzi ölkələrdə isə məsələn, Fransada onlar hakimiyyətə belə gəldilər. Bu tendensiya Aİ və onun şərq qonşuları ilə münasibətinə təsir göstərə bilərmi?

– Avropada milli hərəkat bizim qloballaşmış dünyamızda lazımi Avropa inteqrasiyasına maneədir. Digər tərəfdən, bu hərəkatlar milyonlarla insanın bürokratik sistemdə milli identikliyini itirmə qorxusunu əks etdirir.

Hətta Avropa İttifaqı ilə əlaqəsi olmayan ölkələrdə belə bu qorxu var, yetmiş illik kommunizmdən sonra bu qorxular aydındır. Amma yenə də Avropa İttifaqı və demokratik sistemin, o cümlədən azad bazar iqtisadiyyatının cəlb edilməsi Şərqi Avropada milliyyətçilikdən daha cəzbedici görünür.

– Deyəsən, bir çox münaqişənin həllində aparıcı dövlətlər tərəfindən milli özünütəsdiqləmə haqqı dövlətin ərazi bölüyündən üstün tutulur. Bu ərazi bütövlüyü təhlükə altında olan dövlətlər üçün, onu qorumaq daha da çətin hala gələcəyi deməkdirmi?

– Mən düşünürəm ki, bəli. Soyuq müharibə bitdikdən sonra bizim hələ də yeni qaydalarımız yoxdur. Biz hələ də hadisənin sonuna çatmamışıq. Bütün müstəqil dövlətlər beynəlxalq hüquqa və digər ölkələrin ərazi bütövlüyünə hörmət etməlidir.

– Ukraynanı bürüyən separatçılıq Cənubi Qafqazda da əksini tapa bilərmi?

– Şübhəsiz ki, Ukraynadakı vəziyyət Cənubi Qafqaza təsir edir. Azərbaycan və Gürcüstana son səfərim zamanı hakimiyyətlə və adi insanlarla küçədə danışıqlar zamanı narahatçılıq hiss etdim.

Krımdakı separatçı qüvvələr beynəlxalq hüquq normalarına zidd hərəkət edirlər, və təbii ki, Cənubi Qafqazda mövcud problemlərin həllini heç də asanlaşdırmırlar. Ona görə də ABŞ və Avropa Birliyi bu regiona daha çox diqqət ayırmalıdırlar. Aİ Azərbaycan və Ermənistan cəbhə xəttinə müşahidəçilərini yollamalıdır.

– Qarabağ problemi və onun tezliklə həll olunma perspektivləri barədə nə düşünürsüz?

– Dağlıq Qarabağın qeyri-qanuni işğalı Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqı tərəfindən dəfələrlə mühakimə edilib. Amma Minsk prosesi münaqişə tərəflərini hər hansı bir nəticəyə gətirib çıxara bilmədi.

Bu, çox kədərli bir təcrübə oldu, xüsusilə də Azərbaycan xalqı üçün. Ukraynadakı böhran başladığı andan biz Almaniyada Rusiya neft və qazından mümkün qədər az asılı olmağımızı müzakirə edirik. Yaxın gələcəkdə böyük həcmdə “Cənub dəhlizi” layihəsinin enerji resurslarına ehtiyacımız var.

Buna görə də siyasi nöqteyi-nəzərdən Avropa İttifaqı Qarabağ münaqişəsini Qafqazda yürüdülən siyasətinə daxil etməlidir. Digər tərəfdən geostrateji bizim sənaye TAP kimi yeni boru-kəmər layihələrinə daha çox sərmayə qoymalıdır. İndi Avropa tərəfində cəsarət və siyasi konsensus çatışmazlığı var.

– Azərbaycanın region siyasəti haqqında nə deyə bilərsiz?

– Azərbaycan Qafqaz regionunda əsas tərəflərdir. Regionun 70% iqtisadi əmtəə malı bu ölkədə istehsal edilir. Almaniya Azərbaycanı Ermənistanla münaqişənin tənzimlənməsi üçün göstərdiyi səylərini, işğal edilmiş ərazilərdən ordunun çıxarılmasını dəstəkləməlidir. Bizə münaqişənin sülh yolu ilə həll edilməsi lazımdır. Və biz Ermənistana qarşı sanksiyaları istisna etməməliyik.

www.oxu.az