Riçard Morninqstar: “Münaqişənin yeganə həlli yolu prezidentlərin bir masaya əyləşib konkret addımlar atmasıdır”

“İnsan həyatının itirilməsi faciədir. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bir neçə həftədir ki, vəziyyət gərginləşib. Biz bu gərginliyin azalacağına ümid edirik”…

“İnsan həyatının itirilməsi faciədir. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bir neçə həftədir ki, vəziyyət gərginləşib. Biz bu gərginliyin azalacağına ümid edirik”.

 

Bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. Ermənilərin Olimpiya oyunları dövründə atəşkəs rejimini pozmasına dair sualı cavablandıran səfir bildirib ki, vəziyyətin gərginləşməsi danışıqlar prosesinə kömək etmir və bu, gözlənilməz nəticələrə gətirib çıxara bilər: “Biz hər iki tərəfi təmas xəttində Olimpiya barışığına əməl etməyə çağırırıq”.

 

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə gəlincə, R. Morninqstar qeyd edib ki, görüş barədə qərarı prezidentlər özləri verməlidirlər: “Biz ümid edirik ki, onlar yenidən görüşəcəklər. Düşünürəm ki, münaqişənin yeganə həlli yolu prezidentlərin bir masaya əyləşib problemin nizamlanması istiqamətində konkret addımlar atmasıdır. Bu məsələdə ATƏT-in Minsk Qrupu rol oynayır, biz də rol oynaya bilərik. ABŞ həmsədrlərdən biri kimi öz ideyalarını verir. Lakin münaqişənin həlli iki tərəfin siyasi iradəsindən asılıdır”.

 

/Apa/