Dmitri Medvedev müvafiq sərəncam imzaladı…
Dmitri Medvedev müvafiq sərəncam imzaladı.
Rusiyanın baş naziri Dmitri Medvedev, baş nazirin müavini Dmitri Roqozinin Azərbaycanla əməkdaşlıq üzrə dövlətlərarası komissiyanın sədri vəzifəsinə təyin olunması haqqında sərəncam imzalayıb.
Oxu.Az İTAR-TASS-a istinadən bildirir ki, sənəddə qeyd olunur:
“RF hökumət başçısının müavini Dmitri Roqozini Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası komissiyanın Rusiya tərəfindən sədri təyin edilməsi təsdiqlənsin, Aleksandr Xoloponin isə tutduğu vəzifədən azad edilsin”.