Kuroçenko 102-ci bazada ermənilərlə döyüş növbəsindən danışıb…
Kuroçenko 102-ci bazada ermənilərlə döyüş növbəsindən danışıb.
Gümrü şəhərində olan 102-ci hərbi bazanın hava hücumundan müdafiə qüvvələri Ermənistana təhlükə olacağı təqdirdə erməni ordusu ilə birgə hərəkət edəcək.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, “Regnum”-un verdiyi məlumata görə, bunu Rusiya Hərbi Hava Qüvvələri komandanının müavini, general-leytenant Pavel Kuroçenko deyib.
Rus general hava hücumundan müdafiə üçün aviasiyaların birgə nəzarət məntəqəsinin də yaradıldığını xatırladıb. O bildirib ki, 102-ci hərbi bazada erməni tərəfinin döyüş növbəsi Rusiya hərbçiləri ilə birgə vahid plan üzrə hərəkət edir.
“Biz həmçinin Rusiya və Ermənistanın hava hücumundan müdafiənin vahid regional sisteminin yaradılması planı üzərində də işləyirik” – deyə P.Kuroçenko qeyd edib.
Xatırladaq ki, sözügedən hərbi hissənin polkovniki Andrey Ruzinski də bir müddət öncə belə bir bəyanatla çıxış edib.
Qeyd edək ki, Ermənistanın şimalında yerləşən Gümrü hərbi bazası 1995-ci ildə müqavilə əsasında fəaliyyətə başlayıb. Hərbi hissə MDB-nin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyi aparır. 2010-cu il avqustun 20-də tərəflər bazanın yerləşdirilməsi haqqında müqavilənin müddətini artırıblar. 1995-ci ildə imzalanan müqavilənin müddəti isə 25 il təşkil edirdi. Hazırda isə sənəd 2044-cü ilədək qüvvədə olacaq.
Bu tipli açıqlamalar Rusiyanın işğalçı Ermənistana hərbi dəstəyinin açıq ifadəsidir.
Belə bəyanatlar Azərbaycanın işğal altında olan öz torpaqlarını azad etmək üçün haqlı hərbi müdaxilə ehtimallarına reaksiyadır.