Rusiya AŞPA-da səs hüququndan məhrum oluna bilər

 Aprelin 7-də başlayacaq Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Rusiya nümayəndə heyətinin səs hququndan məhrum edilməsi məsələsinə baxıla bilər.

 Aprelin 7-də başlayacaq Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Rusiya nümayəndə heyətinin səs hququndan məhrum edilməsi məsələsinə baxıla bilər.Modern.az xarici KİV-ə istinadən bildirir ki, avropalı demokratların qrupundan olan brtitaniyalı Robert Uolterin hazırladığı Rusiya nümayəndə heyətinin səlahiyyətinə baxılmasını nəzərdə tutan qətnaməni AŞPA-nın 74 üzvü imzalayıb. 
Danimarkalı Maykl Yensen və liberallar və demokratlar alyansından olan və Rusiyanın səs hüququndan məhrum olunmasını nəzərdə tutan qətnaməni isə 54 AŞPA üzvü imzalayıb. Hər iki qətnamə AŞPA-nın Rusiyanın Krımdakı hərəkətlərinə reaksiya xarakteri daşıyır. Bu iki qətnamədən hansının səsverməyə çıxarılacağı isə sessiyanın birinci günü məlum olacaq.

Qeyd edək ki, AŞPA Rusiyanı səsvermə hüququndan 2000-ci ildə bir dəfə məhrum edib. O vaxt bu məsələ ikinci Çeçenistan kampaniyasına görə gündəmə gəlmişdi. 2001-ci ildə isə Rusiyanın səsvermə hüququ qaytarılıb.

Modern.az