Rusiya Ermənistanda hava hücumundan müdafiə təlimləri keçirir

İlk dəfə olaraq “Antey” zenit-raket kompleksləri də təlimlərə cəlb olunub…

İlk dəfə olaraq “Antey” zenit-raket kompleksləri də təlimlərə cəlb olunub.

Rusiyanın Ermənistandakı hərbi bazası hava hücumundan müdafiə təlimləri keçirir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Alagöz” poliqonunda keçirilən təlimdə 250 hərbçi və 50 hava hücumundan müdafiə texnikası iştirak edir.

Təlimə ilk dəfə olaraq, ötən il 102-ci bazanın arsenalına daxil edilmiş BUK-M1-2 və S-300V “Antey” zenit-raket kompleksləri də cəlb olunub. 

Qeyd edək ki, 2013-cü ilin ortalarınadək Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı 102-ci hərbi bazasının hava hücumundan müdafiəsində əsasən ZSU-23-4 “Şilka” zenit pulemyotları, “Strela-1”,  “Strela-10”, 2К12 “Kub” və S-300 zenit-raket kompleksləri yer alıb.

www.oxu.az