Rusiyadan maliyyə yardımı alması üçün Ukrayna Krımın Rusiya ərazisi olduğunu tanınmalıdır. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov bildirib…
Rusiyadan maliyyə yardımı alması üçün Ukrayna Krımın Rusiya ərazisi olduğunu tanınmalıdır. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının maliyyə naziri Anton Siluanov bildirib.
Onun sözlərinə görə, Ukraynada konstitusiya islahatları keçirilməli, seçkilər keçirilməli, ruslar diskriminasiyaya məruz qalmamalıdırlar.
“Konstitusiya islahatları keçirilməli, prezident seçkiləri keçirilməli və danışılması mümkün olan legitim hakimiyyət formalaşdırılmalıdır. Krım ətrafındakı vəziyyətin legitimləşməsi, Ukraynanın şərqindəki gərginlik rus əhali diskriminasiyaya məruz qalmadan, Ukrayna qanunları əsasında və qan tökülmədən nizama salınmalıdır. Bu tip məsələləri biz Rusiyanın Ukraynaya əlavə maliyyə yardımı üçün şərt kimi qoyuruq “, – Anton Siluanov əlavə edib.
Milli.Az