Tikanlı məftillərin çəkiləcəyi gözlənilir…
Tikanlı məftillərin çəkiləcəyi gözlənilir.
Rusiya sərhədçiləri qonşu Gürcüstanda əsas avtomobil yolunun 300 metrliyində bu ölkənin işğal olunmuş Tsxinvali regionunun ərazisini göstərən banner quraşdırıblar.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, banner Orçosani və Xurveleti kəndlərinə bitişik ərazidə, gürcü, rus və ingilis dillərində, işğal olunmuş Orçosani istiqamətində gedən yolda quraşdırılıb.
Yerli əhalinin sahələri və otlaqları işğal xəttinin arxasında qalıb. Bannerin yaxınlığından Bakı-Tbilisi-Ceyhan boru kəməri keçir.
Yayılmış məlumatlara görə, neft kəmərinin bir hissəsi işğal olunmuş ərazidə qalıb və ona rusiyalı sərhədçilər nəzarət edirlər.
Gürcüstan DİN-nin analitik departamentinin nümayəndəsi Kaxa Kemoklidze bu məlumatı hələlik təsdiqləməyib.
Beynəlxalq əhəmiyyətli neft kəmərinin işğal olunmuş əraziyə düşüb-düşməyəcəyi hələ məlum deyil.