Rusiya Şərqi Qazaxıstana göz dikdi

“Bu ərazilər əldən-ələ ötürülüb”…

“Bu ərazilər əldən-ələ ötürülüb”.

Rusiyanın keçmiş SSRİ-nin bəzi ərazilərinə tarixi haqqı var, əsasən də Qazaxıstanın şərqi ərazisinə.

Oxu.Az Haqqın.az-a istinadən bildirir ki, bu haqda rəyasət heyətinin iclasında Xakasiya Ali Şurasının sədri Vladimir Ştıqaşev bəyan edib.

“Son 70 ilin tarixini hətta ən yaxşı tarixçilər bilmir. Şərqi Qazaxıstan vilayəti, və ya Mədənli Altay. Mədənli Altay həmişə Rusiyanın tərkibində olub. Qazaxıstanın ərazisi kiçik idi, İşimsk rayonunun (Omsk vilayəti) ərazisinin bir hissəsini versinlər. Verdilər və Karaqanda meydana gəldi. Bu 1936-cı ildə baş verib. Biz yalnız beş vilayəti Qazaxıstana vermişik, bundan sonra isə Qazaxıstan MSSR-dən SSR-yə çevrildi. Bu ərazilər xırda pul kimi əldən-ələ keçib”, – Ştıqaşev bəyan edib.

Qazaxıstan XİN-i rusiyalı siyasətçinin bəyanatından narahat olaraq RF-nin səfiri Mixail Boçarnikovu çağırıb.

“Qazaxıstan Xarici İşlər Nazirliyi, Xakasiya respublikasının Ali şurasının sədrinin Qazaxıstanın şərqi hissəsinə guya ki, Rusiyanın haqqı olduğu barədə yolverilməz sözlərinə diqqət yetirib”, – XİN-nin mətbuat katibi Nurcan Atmaxanov deyib.

Xakasiya respublikasının Ali şurasının sədrinin dedikləri ilə əlaqədar Qazaxıstan XİN-i Astanada və Moskvada Rusiya əməkdaşları ilə müvafiq işlər aparır.

www.oxu.az