Rusiya və Azərbaycan havadan birgə müdafiə olunacaq?

“MDB ölkələrinin hava mühafizəsi vahid olacaq”…

“MDB ölkələrinin hava mühafizəsi vahid olacaq”.

Rusiya Müdafiə Nazirliyinin rəsmi orqanı “Qırmızı ulduz” MDB ölkələri Baş Qərargah rəislərinin Komitəsinin iclasında aparılan danışıqlar barədə yenilikləri açıqlayıb.

Oxu.Az Vesti.az-a istinadən bildirir ki, iclas iştirakçıları MDB məkanında hava hücumuna qarşı vahid müdafiə sistemi yaratmaq haqqında razılığa gəliblər.

“Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun sədrliyi ilə keçən iclasda hava hücumuna qarşı müdafiənin inkişafı və radiolokasiya tanımasının vahid sistemi məsələləri müzakirə edilib. Postsovet məkanı üçün ümumi təhlükələrdən xəbərdarlıq etmə sistemini yaratmaq barədə qərar qəbul edilib. Sistem Rusiya şimalında saniyə ərzində tacik cənubundan radiolakatordan hansı təyyarənin keçdiyini öyrənməyə imkan yaradacaq. Aviasiya da informasiya mübadiləsi aparacaq – MDB ölkələrinin hava mühafizəsi vahid olacaq”.

Həmçinin nümayəndə heyətlərinin rəhbərləri MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin 2015-ci il üçün birgə tədbirlər planını razılaşdırıb. İclasın gedişatında qərargah rəhbərləri arasında minalardan təmizləmə, geoməkan informasiyanın mübadiləsi və peyk əlaqəsi sistemlərinin istifadəsi haqqında razılaşma da əldə olunub.

www.oxu.az