Rusiyanın Ermənistandakı hərbi bazasında yeni pilotsuz təyyarə sınaqdan keçirilir

Rusiyanın Ermənistandakı hərbi bazasında “Navodçik-2” tipli yeni pilotsuz təyyarənin sınaqlarına başlanılıb…

Rusiyanın Ermənistandakı hərbi bazasında “Navodçik-2” tipli yeni pilotsuz təyyarənin sınaqlarına başlanılıb.

 

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, sınaq uçuşları Kamxud və Alagəz təlim-tədris komplekslərində gecə və gündüz, müxtəlif iqlim şərtləri altında, o cümlədən dağlıq ərazidə keçirilir.

 

“Navodçik-2” tipli pilotsuz təyyarələri kəşfiyyat, habelə düşmənin radioelektron cihazlarının fəaliyyətinin zəiflədilməsi məqsədi ilə istifadə olunur. Təyyarənin maksimal sürəti 120 km/s, uçuşun maksimal hündürlüyü 3000 metr təşkil edir.

/Apa/