Rusiyaya gedən azərbaycanlıların sayı azalır

“Əvvəllər bu ölkədə qazandıqları pulları, indi ölkəmizdə işləməklə əldə etmək mümkündür”…

“Əvvəllər bu ölkədə qazandıqları pulları, indi ölkəmizdə işləməklə əldə etmək mümkündür”.

Son vaxtlar Azərbaycandan Rusiyaya kiçik və orta biznes sahəsində işləməyə gedən azərbaycanlıların sayında azalma müşahidə olunur.

Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfirinin iqtisadi əlaqələr üzrə müavini Qüdsi Osmanov deyib.

O bildirib ki, bunun səbəbi ölkəmizdə həyat tərzinin ilbəil yaxşılaşması və iqtisadiyyatın inkişaf etməsi ilə əlaqəlidir.

Bu inkişaf vətəndaşlarımızın ölkədə qalaraq fəaliyyət göstərməsinə şərait yaradıb:

“İndi Rusiyada yaşayan vətəndaşların bir çoxu ölkəmizə qayıtmağa başlayıb. Azərbaycanın ayrı-ayrı şəhər və kəndlərində evləri olan vətəndaşlarımız bu ölkədə ev kirayəyə götürmək və qazandıqları vəsaiti itirmək istəmirlər. Çünki əvvəllər bu ölkədə qazandıqları pulları, indi ölkəmizdə işləməklə əldə etmək mümkündür”.

www.oxu.az