“Rusiyaya tətbiq edilən sanksiyalardan bütün Ermənistan sakinləri ziyan görəcək”

 “Rusiyaya tətbiq edilən sanksiyalardan bütün Ermənistan sakinləri ziyan görəcək”.Modern.az xəbər verir ki, Ermənistanda nəşr edilən “Jmanak” qəzetinin baş məqaləsi məhz belə adlanır. Müəllif Hrayr Manukyan yazır ki, zərər ilk növbədə Rusiyaya mal ixrac edən sahibkarlara və bu ölkədə çalışan erməni miqrantlara dəyəcək…

 “Rusiyaya tətbiq edilən sanksiyalardan bütün Ermənistan sakinləri ziyan görəcək”.Modern.az xəbər verir ki, Ermənistanda nəşr edilən “Jmanak” qəzetinin baş məqaləsi məhz belə adlanır. Müəllif Hrayr Manukyan yazır ki, zərər ilk növbədə Rusiyaya mal ixrac edən sahibkarlara və bu ölkədə çalışan erməni miqrantlara dəyəcək. Çünki “Ermənistan Mərkəzi Bankı da etiraf edir ki, əmək miqrantlarının qazancından Ermənistan əhalisinin 30-35%-i yararlanır”.

H. Manukyan iddia edir ki, “Master Card” və “Viza” köçürmələri dayandırıldığından Rusiyadan pul axınının qarşısı alınacaq. Nəticə yerli istehlak bazarında qiymətlərin artması və Ermənistanın milli valyutasının – dramın ucuzlaşması müşahidə ediləcək. Bu da ölkədə yeni böhrana yol açacaq.

Qeyd edək ki, “Jmanak” qəzeti bundan öncə də Ukrayna böhranının ERmənistanda ciddi sosial-iqtisadi fəsadlar yaradacağı ilə bağlı təhlil yazı dərc edib.

Modern.az