Səfir: Gülənin günahı sübuta yetirilərsə, ABŞ onun Türkiyəyə ekstradisiyası ilə bağlı tələbi yerinə yetirməyə hazırdır

Fətullah Gülənin [hazırda Birləşmiş Ştatlarda yaşayan ictimai din xadimi] günahı sübuta yetiriləcəyi halda, ABŞ onun Türkiyəyə ekstradisiyası ilə bağlı tələbi yerinə yetirməyə hazırdır…

Fətullah Gülənin [hazırda Birləşmiş Ştatlarda yaşayan ictimai din xadimi] günahı sübuta yetiriləcəyi halda, ABŞ onun Türkiyəyə ekstradisiyası ilə bağlı tələbi yerinə yetirməyə hazırdır. Bunu ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikkardone bildirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin “Sabah ” qəzeti xəbər yayıb.

Onun sözlərinə görə, hazırda Gülənə qarşı cinayət işi açılmayıb və ona görə də onun Birləşmiş Ştatlardan ekstradisiyası mümkün deyil.

Bir müddət əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin ABŞ-dan ekstradisiyasının mümkünlüyünü qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin daxili işlərinə müdaxilə edən, ölkədə sabitliyin pozulmasına yol açan Gülənin ABŞ-dan ekstradisiyasına nail olmaq mümkündür.

Bir müddət əvvəl Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, Fətullah Gülənin İnterpol xətti ilə axtarışa verilməsi gündəmə gətirilə bilər. Ədliyyə naziri bu qərarın məhkəmə tərəfindən verilə biləcəyini deyib.

 

/Trend/