Şəhidimiz dəfn edildi

Dəfn mərasimindən əvvəl yaylım atəşi açılıb, hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib…

Dəfn mərasimindən əvvəl yaylım atəşi açılıb, hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.

Fizuli rayonunda təmas xəttində minaya düşərək dünyasını dəyişən əsgər Seyfəddin Nəvai oğlu Kərimov bu gün doğulduğu Gəncə şəhərində torpağa tapşırılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Gəncənin Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin və digər dövlət qurumlarının vəzifəli şəxsləri, şəhidin qulluq etdiyi hərbi hissənin hərbiçiləri, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Çıxış edənlər, idmanla məşğul olan və bir neçə dəfə müxtəlif yarışlarda birincilik qazanan Seyfəddin Kərimovun vətənpərvər bir gənc olduğunu, torpaq uğrunda canından belə keçməyə hazır olduğunu bildiriblər. Dəfn mərasimindən əvvəl yaylım atəşi açılıb, hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, aprelin 7-də gecə saat 22.30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb. Həlak olanlardan biri də Kərimov Seyfəddin Nəvai oğlu olub. O, Gəncənin Kəpəz rayonundan hərbi xidmətə yola salınıb.

 

/oxu.az/