Ermənistan prezidenti Serj Sərkisyan ölkədə yaşanan böhranı həll etmək üçün bir neçə müxalifət lideri ilə görüşəcək…
Ermənistan prezidenti Serj Sərkisyan ölkədə yaşanan böhranı həll etmək üçün bir neçə müxalifət lideri ilə görüşəcək. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan müxalifətinin aparıcı “Çiçəklənən Ermənistan” partiyası dövlət başçısı ilə görüşmək üçün rəsmi dəvət alıb. Aparılacaq müzakirələrdə sözügedən partiyanın lideri, oliqarx Qaqik Sarukyan, deputat Stepan Marqaryan, keçmiş xarici işlər naziri Vardan Oskanyan iştirak edəcək.
Görüşdə Ermənistanı cənginə bürüyən iqtisadi və siyasi böhranlarından çıxış yolları, islahatların reallaşdırılması məsələsi ətrafında fikir mübadiləsi aparılacağı bildirilir.
“İrs ” Partiyasının sədri Raffi Ovanisyan isə ötən gün Sərkisyanın təkilifini qəbul etməyəcəklərini bəyan edib.
Qeyd edək ki, “Çiçəklənən Ermənistan” parlamentin müxalifət fraksiyasında təmsil olunur.
/Modern.az/