Səfir: “Fransa Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaq üçün fəaliyyətini davam etdirəcək”

“Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır”.

Bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bir qrup diplomat və beynəlxalq təşkilatların nümayəndələri ilə birlikdə Tərtər rayonunda məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbəni ziyarət etdikdən sonra bildirib.

“Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi irəliləyişə nail olmaq üçün fəaliyyətini davam etdirəcək”, – səfir vurğulayıb.

Orelia Buşezinin sözlərinə görə, ilk dəfə bu bölgəyə səfər edir: “Burada çox keyfiyyətli binalar, o cümlədən məktəb və mənzillər tikilib və mən bundan məmnun qaldım. Çünki insanların həyatına qayğı göstərmək vacibdir. Bir daha qeyd edirəm ki, bu, bir daha onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsini tez bir zamanda sülh yolu ilə həll etmək vacibdir”.

Report