“Putin süquta uğrayır – bu, qaçılmazdır”…
“Putin süquta uğrayır – bu, qaçılmazdır”.
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hesab edir ki, Krımın birləşdirilməsi və Abxaziya ilə Cənubi Osetiyanın mümkün birləşdirilməsi cəhdlərindən sonra Rusiyanın gələcəyi yoxdur.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Rusiyanın axırının çatdığını hesab edir.
“Düşünürəm təkcə Krım, Abxaziya və Tsxinvali regionlarının Rusiya ilə birlikdə gələcəkləri yoxdur. Həm də Rusiyanın bu regionlarla gələcəyi yoxdur. Rusiya özünü imperiya kimi aparır və o, öz ərazilərini itirəcək. Və bu, qonşu ölkələrin deyil, onun seçimi olacaq.
Biz Rusiyanı bütöv, demokratik və uğurlu görmək istərdik. Buna görə də, Putin süquta uğrayan kimi – hansı ki, qaçılmazdır və o, Krım avantürası ilə öz süqutunu sürətləndirib, – Rusiya həmin işğal olunmuş torpaqlardan getməklə yanaşı, əksəriyyət ruslarda Putindən miras qalmış ölkədaxili problemlər olacaq”, – deyə, Saakaşvili bəyan edib.