Sarkisyan Türkmənistan prezidentinə: Qarabağa görə sağ olun

“Bizi başa düşdüyünüz üçün…”…

“Bizi başa düşdüyünüz üçün…”

Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ mütləqdir və Ermənistan bizim üçün vacib olan bu məsələdə anlayış və neytrallığa görə Türkmənistana minnətdardır.

Oxu.Az “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan türkmən həmkarı Qurbanqulı Berdımuhəmmədovla ilə Aşqabadda keçirilən birgə mətbuat konfransında bildirib.

“Şadam ki, erməni-türkmən münasibətləri dinamik inkişaf edir. Bizim səfərlərimizin tezliyi tərəfdaş münasibətlərinin gələcək möhkəmləndirilməsi və inkişafında qarşılıqlı marağı təsdiqləyir”, – deyə, Sarkisyan bildirib.

Tərəflər görüşün yekunları üzrə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunublar.

“Mən bir daha Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə prinsipial mövqeyimizi təqdim etdim – məsələ yalnız dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanma bilər və nizamlanmalıdır”, – deyə, Sarkisyan vurğulayıb.

www.oxu.az