Senat ABŞ-ın hərbi büdcəsini təsdiqləyib

Sənəd prezident Obamaya imzalanmağa təqdim ediləcək…

Sənəd prezident Obamaya imzalanmağa təqdim ediləcək.

ABŞ Konqresinin Senatı cümə günü dekabrın 12-də müdafiə siyasəti barədə illik qanun layihəsini təsdiqləyib. Burada müdafiə xərcləri üçün 577 milyard dolların, o cümlədən xaricdə hərbi münaqişələrə 64 milyard dolların ayrılması nəzərdə tutulub. Bu barədə Reuters xəbər verib.  

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, Palata qanun layihəsini daha öncə dekabr ayının 4-də təsdiqləyib. İndi isə prezident Barak Obamaya imzalamaq üçün təqdim edilib.

Qanun layihəsində 496 milyard dollar həcmində Pentaqon baza büdcəsi, eləcə də xaricdə baş verən münaqişələrdə, o cümlədən Əfqanıstanda iştirak üçün 64 milyard dolların ayrılması təsdiqlənir. Bundan başqa, nüvə silahı üzərində çalışmaq üçün Energetika Nazirliyinə 17,9 milyard dolların ayrılmasına da icazə verilir.

Sənəd amerikalılar tərəfindən “İslam dövləti” qiyamçılarına qarşı İraq hökumət qoşunlarının, kürd birləşmələrinin və Suriyanın silahlı müxalifəti ilə mübarizə aparan qüvvələrin də hazırlanmasını sanksiyalaşdırır.

Eləcə də hərbi büdcədə hərbçilərin rifahına və sosial müdafiəsinə dair bir sıra maddələr nəzərdə tutulub.

www.oxu.az