Olson qısa vaxt ərzində ABŞ-da neft və qaz hasilatına başlamağa çağırıb…
Olson qısa vaxt ərzində ABŞ-da neft və qaz hasilatına başlamağa çağırıb.
Mən Rusiya prezidenti Vladimir Putinin Azərbaycan kimi neftlə zəngin keçmiş sovet ölkələrinə göz qoymasından çox narahatam.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, Amerika KİV-in məlumatına görə, bunu Texas ştatından ABŞ Konqresinin Nümayəndələr palatasının üzvü Pitt Olson bildirib.
Onun sözlərinə görə, Putin həmin respublikaları əlinə keçirməyə çalışsa, ABŞ onu dayandıra bilməyəcək.
O həmçinin qısa vaxt ərzində ABŞ ərazisində neft və qaz hasilatına başlamağa çağırıb.
“ABŞ-ın enerji ehtiyatlarının tədarükündən asılılığı beynəlxalq arenada daha prinsipial mövqe tutmağa mane olub. ABŞ vaxtında maye qaz istehsalına başlasa idi, indi Avropanın Rusiya qazından asılılığını azaldar və bununla da Ukraynadakı böhran üzrə daha sərt mövqedən çıxış edərdi, deyə”, – senator vurğulayıb.