Slovakiya Qarabağ münaqişəsinin nizamlama prosesinin bərpa olunmasını istəyir

“Miroslav Layçakla görüşdə regional problemləri, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti, viza rejimi, iqtisadi münasibətlərin səviyyəsini müzakirə etdik”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib…

“Miroslav Layçakla görüşdə regional problemləri, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti, viza rejimi, iqtisadi münasibətlərin səviyyəsini müzakirə etdik”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tərəflər iqtisadi münasibətlərin səviyyəsinin siyasi münasibətlərin səviyyəsinə uyğun gəlmədiyini bildiriblər.

M.Layçak isə qeyd edib ki, bu, son üç ildə Azərbaycana dördüncü səfəridir: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”. Slovakiyanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış gərgin vəziyyətdən narahat olduqlarını söyləyib: “Biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik, amma nizamlama prosesinin bərpa olunmasını da istəyirik ki, vətəndaşlar nəticələrini də görsünlər”.

/APA/