Spiker: “Suriyadakı böhran yalnız siyasi danışıqlar yolu ilə həll oluna bilər “

“Suriya və Fələstindəki böhranın həlli yalnız siyasi danışıqlar yolu ilə mümkündür və Azərbaycanın bu iki ölkədə baş verən proseslərlə bağlı mövqeyi problemin danışıqlar yolu ilə həll edilməsindən ibarətdir “…

“Suriya və Fələstindəki böhranın həlli yalnız siyasi danışıqlar yolu ilə mümkündür və Azərbaycanın bu iki ölkədə baş verən proseslərlə bağlı mövqeyi problemin danışıqlar yolu ilə həll edilməsindən ibarətdir “.

 

Trend-in İran televiziyasının rəsmi xəbər saytı Iribnews-a istinidaən verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bu gün Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında çıxışı zamanı deyib.

 

O.Əsədov bildirib ki, Parlament İttifaqı Konfransının Suriyadakı böhranın həlli istiqamətində qəbul edəcəyi qərar həlledici rol oynaya bilər.

 

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan müsəlman ölkələrində təhlükəsizliyin təmin olunması sahəsində güclü mövqeyə malikdir: “İslamın müsəlmanlar və İslam ölkələri arasında qardaşlıq və həmrəylik simvolu olmasına inanırıq və bu potensialdan mövcud problemlərin həlli üçün istifadə etməliyik “.

 

O bildirib ki, beynəlxalq məsələlərdə diplomatiya daha təsiredici rola malik olmalıdır: “İnanırıq ki, sülh və sabitliyin yaradılmasında parlamentlərarası əlaqələrin inkişafı əvəzolunmaz rol oynaya bilər “.

 

Qeyd edək ki, İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası bu gün səhər Tehranda öz işinə başlayıb. Sabah başa çatacaq sessiyada 47 ölkədən nümayəndə heyəti, o cümlədən 26 parlament sədri iştrak edir.

 

Milli.Az