Suriyada döyüşən azərbaycanlılar qruplara parçalandı

Döyüşməyə gedən azərbaycanlılar 700 dən artıq hərbi qruplaşmanın tərkibindədir.Bu qruplaşmaların ən böyüyü “Nusra” və “İşid” qruplaşmalarıdır…

Döyüşməyə gedən azərbaycanlılar 700 dən artıq hərbi qruplaşmanın tərkibindədir.Bu qruplaşmaların ən böyüyü “Nusra” və “İşid” qruplaşmalarıdır. Onlar bir-biri ilə mübarizə aparır.

 

Bu barədə Bakupost.az-a Xəzər universitetinin ilahiyyatçısı Elmin Əliyev bidirib: “Orda öldürülən Azərbaycan vətəndaşları əsasən “Vəhabi”, “Sələfi”, “Xəvaric” cərəyanınım nümayəndələridir. Bunaların hamısı eyni cəbhədə deyil. Vəziyyət çox siyasiləşib. Bunların içərisində hərbi qruplaşmalar yaranıb. Ola bilər ki, xəvariclərin və ya digər cərəyanın nümayəndələri müəyyən fərdi siyasi qruplaşmaların içərisində bir- birinə qarşı döyüşür.”

 

E.Əliyev hesab edir ki, Suriyada döyüşən azərbaycanlıların ölüm sayının artmasına səbəb də elə budur.

 

/Publika.az/